...

Hesablama Palatasına yeni auditor təyin olunacaq

Siyasət Materials 17 Oktyabr 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyası Hesablama Palatasının auditoru təyin olunmaq üçün namizədliyi irəli sürülmüş Mehriban Nadir qızı Əlişanovanın namizədliyini təsdiqləyib və bununla bağlı qanun layihəsinin parlamentdə müzakirə olunmasını tövsiyyə edib. Bu barədə qərar parlamentin iqtisadi məsələlər daimi komisiyasının çərşənbə günü keçirilən iclasında qəbul olunub.

Komisiyanın sədri Ziyad Səmədzadə bildirib ki, Əlişanova Dövlət Neft və Kimya İnstitutunu bitirib və hazırda Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışır, iqtisad elmlər namizədidir.

Səmədzadə qeyd edib ki, yaxın vaxtlarda "Hesablama Palatası haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bundan başqa, Hesablama Palatasında kadr dəyişikliyi etmək üçün iş aparılır.

Komissiyanın üzv, deputat Vahid Əhmədov bildirib ki, yaxın vaxtlarda Hesablama Palatasının fəaliyyətində ciddi dəyişiklik ediləcək: "Bu dəyişikliklərdən sonra Hesablama Palatası ali maliyyə orqanına çevriləcək".

Əlişanova bildirib ki, Hesablama Palatasının auditoru kimi, Azərbaycanda maliyyə şəffaflığının təmin olunmasına çalışacaq.

Əlişanovanın Hesablama Palatasının üzvü olmasını Milli Məclis təsdiqləməlidir.

Xəbər lenti

Xəbər lenti