...

Prezident Aparatı rəsmisi: "Azərbaycanda seçkilərin daxili işlər orqanları tərəfindən keçirilməsinə ehtiyac yoxdur"

Siyasət Materials 17 Oktyabr 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda seçkilərin daxili işlər orqanları tərəfindən keçirilməsinə ehtiyac yoxdur. Bu fikirləri çərşənbə günü Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın bəzi siyasi partiyaları (Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası) seçki komissiyalarının ləğv olunmasını və seçkilərin daxili işlər orqanları tərəfindən keçirilməsini təklif edirlər. Onlar bu təkliflərini xarici ölkələrdə mövcud olan həmin təcrübə ilə əsaslandırırlar.

Ələsgərov bildirib ki, Azərbaycanda seçkiləri keçirmək üçün artıq seçki komisiyaları yaradılıb və səmərəli şəkildə fəaliyyət göstərirlər. "Doğrudur, elə ölkələr var ki, orada seçkiləri Daxili İşlər Nazirliyi keçirir. Amma Azərbaycanda buna ehtiyac yoxdur. Seçki orqanlarının fəaliyyətində inkişaf müşahidə olunur", - deyə Prezident Aparatı rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti