...

Azərbaycan prezidenti: " Naxçıvanın sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlər görüləcək"

Siyasət Materials 17 Oktyabr 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir Y.Əliyev/ Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikasının (NAR) sosial-iqtisadi inkişafı üçün tədbirlər görmək niyyətindədir. Bu barədə çərşənbə günü NMR-nın Şərur rayonunda yeni mərkəzi xəstəxana binasının açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Naxçıvanın büdcəsi 2008-ci ildə 280 mln. manata qədər artacaq. Muxtar Respublikanın səhiyyə sisteminin inkişafına toxunan prezident bildirib ki, gələcəkdə əsas diqqət bu sahənin inkişafına yönələcək.

Günün ikinci yarısında dövlət başçısı, həmçinin , Şərur rayonunun Şaxtaxtı kəndində ümumtəhsil məktəbinə baş çəkib.

Xəbər lenti

Xəbər lenti