...

NATO-nun koordinatoru Bakıya səfərə gəlir

Siyasət Materials 18 Oktyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ NATO-nun bu günlərdə Cənubi Qafqaza təyin olunan koordinatoru Zbiqnev Ribaski (Zbigniew Rybacki) cümə günü Bakıya səfərə gələcək. Bu barədə cümə axşamı telefonla NATO-nun Brüsseldəki ofisindən məlumat verilib.

NATO koordinatorunun Azərəbycana işgüzar xarakter daşıyacaq birinci səfəri zamanı rəsmi görüşlərin keçirilməsi planlaşdırılmır.

Azərbaycan ilə NATO arasında əməkdaşlıq 2008-2009-cu illərdə əməkdaşlığın inkişafı Proqramını nəzərdə tutan fərdi tərəfdaşlıq Planı (IPAP) çərçivəsində həyata keçirilir.

Önət ay regiona səfəri zamanı Şimali Atlantika Bloku baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Robert Simons bildirmişdi ki, hazırkı mərhələdə Azərbaycan və NATO-nun əməkdaşlığı ölkənin Şimali Atlantika Blokuna üzv olmasına istiqamətlənməyib.

"Bu gün Azərbaycanın NATO-ya daxil olma məsələsi mövcud deyil. Ola bilsin ki, bu məsələ əməkdaşlığın daha sonrakı mərhələlərində meydana gələ bilər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti