...

Azərbaycanda xarici vətəndaşlar 257 cinayət törədib

Siyasət Materials 18 Oktyabr 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda il ərzində 14130 cinayət hadisəsi qeydə alınıb ki, onların da 1489-u (11 %) xüsusilə ağır və ağır xarakterli olub, cümə axşamı Trend ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hesabat dövründə qeydə alınan cinayətlərin 200-ü qəsdən adamöldürmə və adam öldürməyə cəhd, 194-ü qəsdən sağlamlığa ağıq zərər vurma, 13-ü isə, adam oğurluğu hadisələridir. Qeydə alınan cinayətlərin 257-si xarici vətəndaşlar tərəfindən törədilib.

Əməliyyat- istintaq tədbirləri nəticəsində, qeydə alınan cinayətlərin 74 faizi açılıb. Açılmış cinayətlərin 11,7 faizi əvvəllər cinayət törətmiş şəxslər, 11,6 faizi bir qrup şəxs, 3,8 faizi sərxoş vəziyyətdə olan şəxslər tərəfindən, 2,8 faizi isə, yetkinlik yaşına çatmayanlar və ya onların iştirakı ilə törədilib.

Hesabat dövründə aşkar edilən 13084 nəfər hüquq pozucusunun 10198 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Törədilən cinayətlər nəticəsində, 7933 şəxs xəsarət alıb. Xəsarət alanların 58,2 faizi kişi, 41,8 faizi isə, qadındır.

Xəbər lenti

Xəbər lenti