...

Rusiya politoloqu: "Rusiyanın Buşəhr AES-in tikintisini davam etdirməsini Qərb bəyənməyəcək"

Siyasət Materials 18 Oktyabr 2007 18:00 (UTC +04:00)
Rusiya politoloqu:  "Rusiyanın Buşəhr AES-in tikintisini davam etdirməsini Qərb bəyənməyəcək"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Rusiyanın İranın Buşəhr şəhərində atom elektrik stansiyasının tikintisini davam etdirməsini Qərb bəyənməyəcək. Rus politoloq, Panorama Analitik- Informasiya Mərkəzinin direktoru Vladimir Pribılovski hesab edir ki, Rusiyanın ideyası Qərbin xoşuna gəlməyəcək, lakin ona bunu bağışlayacaqlar.

Oktyabrın 16-da Xəzərsahili dövlətlərin Tehran sammitində Rusiya prezienti Vladimir Putin bəyan edib ki, tikinti ilə bağlı bəzi gecikmələr olsa da, Moskva İranda "Buşəhr" atom stansiyasımı mütləq tikəcək.

Pribılovskinin sözlərinə görə, Rusiya tənqidə məruz qalacaq, "lakin Qərbin Rusiyanın enerji daşıyıcılarına ehtiyacı olduğundan, bu müqaviləni Outinə bağışlayacaqlar",-deyə Pribılovski söyləyib. İranda mümkün müharibə ilə bağlı isə, politoloq söyləyib ki, İrana ABŞ tərəfinfən heçbir müdaxilə olmayacaq, belə ki, ABŞ hələ İran müharibəsindən özünə gəlməyib. Buşəhrdə AES tikintisinə 1975-ci ildə başlanılıb və MAQATE-nin nəzarəti ilə həyata keçirilirdi.

Stansiyanın birinci blokunun tikintisinin başa çatdırılması barədə müqavilə "Zarubejatomenerqostroy" və İranın atom enerjisi üzrə təşkilatı arasında 1995-ci ildə Tehranda imzalanıb. Rusiya, həmçinin,VVGR-1000 tipli bir reaktor, onun üçün nüvə yanacağı tədarük etmək və iranlı mütəxəssislər hazırlamaq barədə öhdəlik götürüb. Müqavilənin ümumi dəyəri 1 mlrd. dollar həcmində qiymətləndirilib. VVGR-1000 tipli reaktorun tədarükünün qiyməti isə 850 milyon dollar təşkil edib.

1998-ci ilin fevral ayında İran və Rusiya razılığa gəldilər ki, TRF nəinki AES-in inşasına yardım edəcək, stansiyanın tikintisini tam nbaşa çatdıracaq.

Stansiyanın tikintisi 1999-cu ildə başa çatdırılmalı olsa da "Buşəhr" AES-in istismara verilmə tarxi bir neçə dəfə təxirə salınıb. Bu ilin iyul ayında layihənin subpodratçısı, Rusiya şirkəti "Enerqoproqress" MMC-nin rəhbəri İvan İstomin bildirib ki, "Buşəhr" AES-i 2008-ci ilin payızından tez quraşdırmaq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti