...

Narkotiklərlə bağlı 36 xarici vətəndaş həbs edilib

Siyasət Materials 19 Oktyabr 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda narkotiklərlə bağlı cinayət törətdiklərinə görə, bu il 2032 cinayət faktı qeydə alınıb, nəticədə 1659 məsuliyyətə cəlb edilib, cümə günü Trend ə Narkotiklərə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev bildirib. Onun sözlərinə görə, tutulanların 3-ü 18 yaşadək, 404-ü 30 yaşadək, 1252 nəfəri 30 yaşdan yuxarı, 12 fəhlə, 8 qulluqçu, bir məsul şəxs, 1542 işləməyənlər, 59-u qadınlar, 1600-ü kişilər, 468-i əvəllər məhkum olunanlar, 58-i isə əvvəllər qeydiyyatda olanlardır. Narkotiklərlə bağlı cinayətlərin 648-i satış, 1202-si saxlama və 92-si əkinlə bağlıdır. Qanunsuz dövriyyədən 960 kiq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

Əliyev bildirib ki, məsuliyyətə cəlb olunanların 36-sı xarici vətəndaşlardır. Həmin xarici vətəndaşlarıdan 80 kq-dan artıq narkotik vasitələr götürülüb. Əsnəbilərdən 16-sı İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 12-si Gürcüstan, 2-si isə Ukrayna vətəndaşıdır.

Hesabat dövründə yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 348 tondan artıq narkoxassəli bitkilər aşkar olunaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti