...

Aİ-nin xüsusi nümayəndəsi: Cənubi Qafqaz ilə münasibətlərin inkişafı öhdəliklərin icrasından asılıdır

Siyasət Materials 19 Oktyabr 2007 14:12 (UTC +04:00)
Aİ-nin xüsusi nümayəndəsi: Cənubi Qafqaz ilə münasibətlərin inkişafı öhdəliklərin icrasından asılıdır

Azərbaycan, Bakı / Trend müxbir K. Ramazanova / Avropa İttifaqı və Cənubi Qafqaz regionu arasında münasibətlərin inkişafı region ölkələrinin təşkilat qarşısında götürdüyü öhdəliklərin icrasından asılıdır. "Biz qonşu bir region kimi Cənub Qafqaz regionu ilə münasibətləri inkişaf etdirəcəyik. Münasibətlərin gələcəkdə hansı istiqamətdə qurulması isə Fəaliyyət Planında göstərilən öhdəliklərin icrasındanq asılı olacaq" - deyə cümə günü Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

2006-cı ildə Avropa İttifaqı və Azərbaycan, Ermənistan və Gürcüstan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Proqramı imzalanıb. Aİ və Azərbaycan ölkə ilə təşkilat arasında eneji tərəfdaşlığının yaradılmasına və Avropanın enerji təzhlükəsizlyinin möhkəmlənməsinə yönəlmiş qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Semnebi məlumat verib ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyev, daxili işlər naziri Ramil Usubov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə olunub. Bu və digər məsələlər ATƏT-in Bakıda keçiriləcək regional konfransı zamanı müzakirə olunacaq. Semnebi ATƏT-in hazırda Bakıda olan baş katibi Mark Peren Brişanbo ilə müzakirələr aparmaq niyyətindədir.

Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mümkün rolu barədə verilən suala cavab olaraq Semnebi qeyd edib ki, Aİ ATƏT-in Minsk qrupunun bu istaqamətdə səylərini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti