...

Iran politoloqu: "Putin İrana nüvə fəaliyyətini müvəqqəti dayandırmağı təklif edib"

Siyasət Materials 19 Oktyabr 2007 17:39 (UTC +04:00)
Iran politoloqu:  "Putin İrana nüvə fəaliyyətini müvəqqəti  dayandırmağı təklif edib"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran prezidentinin, ölkənin nüvə fəaliyyəti ilə bağlı rəsmi Moskvanın verdiyi təklifi qəti şəkildə təkzib etməsi, bu təklifin nüvə fəaliyyətinin davamına zidd olmasının göstəricisidir. "Çox güman ki, Putin İrana nüvə fəaliyyətini müvəqqəti olaraq dayandırmağı təklif edib"-deyə İran politoloqu Əhməd Zeydabadi bildirib.

Oktyabrın 16-da Xəzəryanı ölkələrin sammitində iştirak etmək üçün İrana səfər edən Rusiya prezidenti Vladimir Putin ölkənin dini rəhbəri Əli Xameneyiyə (Khamenei) yeni təklif verib. İranın İRNA agentliyinin məlumatına əsasən, bu təklifin nədən ibarət olduğu məlum deyil. Ölkənin Təhlükəsizlik Şurasının sədri Əli Laricani isə, verilən təklifin İranın nüvə fəaliyyəti ilə əlaqədar olduğunu bildirərək, rəsmi Tehranın bu təklifi araşdıracağını bildirir. Buna baxmayaraq, İran prezidenti Mahmud Əhmədinejad Putinin İranın nüvə fəaliyyəti barədə təklif verməsini təkzib edib.

Zeydabadi cümə günü Tehrandan telefonla "Trendə" bildirib ki, Putin Xameneyi ilə görüşündə İranın nüvə fəaliyyətini müzakirə edib və çox ehtimal ki, "İsveçrə planı"-nı İrana təklif edib.

"İsveçrə planı" adı ilə məşhur olan təklif , İran əleyhinə BMT-nin 3-cü Qətnaməsindən yayınmaq üçün, ölkənin nüvə fəaliyyətinin müvəqqəti dayandırlımasını təklif edir.

"İran mətbuatında yayılan məlumata əsasən, Putinin İranın nüvə fəaliyyəti barədə verdiyi təklif istisna olunmur. Bu təklif rəsmi şəkildə müzakirə olunmayıb, amma bu məsələyə toxunulub"-deyə Zeydabadi bildirb.

Zeydabadinin fikrincə, Əhmədinejad çox radikal şəkildə nüvə fəaliyyətini davam etdirməyə cəhd göstərir, ancaq Laricani praqmatik fikirləşir. Əhmədinejad "İsveçrə planı"-nin İranda icra olunmasını baykot edib. Çünki, İranın Milli Məclisinin sədri Həddad Adel də (Haddad Adel) bu planla razılaşdığını bildirib.

"Putinin İranın nüvə fəaliyyətinə verdiyi dəstək isə, mübahisəlidir . Bu dəstəyin konkret nədən ibarət olduğu bəlli deyil. Rusiya prezidenti Buşəhr nüvə stansiyasının təkmilləşdirilməsi barədə söz verib, ancaq bui şin dəqiq vaxtını bildirməkdən yayınıb. Buna görə də Qərbdə, onun İranın nüvə fəaliyyətlərinə dəstək verməsi ciddi qəbul olunmadı.

Almaniyada fəaliyyət göstərən İranlı politoloq Məhəmməd Asəngəran (Mohammad Asangaran) cümə günü telefonla Trend ə bildirib ki, Əhmədinejad qeyri-diplomatik şəkildə tutduğu yolu davam edir, Xameneyi isə onu dəstəkləyir. Laricani və başqalarının "İsveçrə planı"-nı dəstəkləməsi əhəmmiyyətli deyil və İran-ABŞ arasında müharibə söhbətlərinin şiddətlənməsinə baxmayaraq, İran öz siyasətini dəyişməyəcək. Həmçinin, Putinin söhbətləri yeni deyil və İran bu söhbətləri dəfələrlə eşidib.

"Məncə, İran BMT-nin 3-cü Qətnaməsinin qəbul olunması, yaxud müharibənin başlanmasını ləngitməyə çalışır. Yoxsa, nüvə siyasətini dəyişməsi gözlənilmir"-deyə, Asəngəran bildirib.

Xəbər lenti

Xəbər lenti