...

İslamabadda Azərbaycanla Pakistan arasında müdafiə sənayesində əməkdaşlıq məsələləri müzakirə olunacaq

Siyasət Materials 19 Oktyabr 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov/ Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov 2008-ci ilin əvvəlində Pakistana səfər etmək niyyətindədir. "Səfərin dəqiq tarixi hələ müəyyən olunmayıb. Çox güman ki, səfər fevral ayında baş tutacaq",-deyə Azərbaycanın Pakistandakı səfirliyinin konsulu Daşqın Şikarov cümə günü İslamabaddan telefonla bildirib.

Səfər zamanı tərəflər Azərbaycanla Pakistan arasında müdafiə sənayesində əməkdaşlığın inkişaf yollarını müzakirə edəcəklər. Onun sözlərinə görə, hələ ki, səfərin gündəliyi və proqramı hazırlanmayıb.

Cari ilin yazında Dubayda keçirilən IDEAS beynəlxalq hərbi sərgidə Azərbaycan tərəfi Çin və Pakistanın birgə istehsal etdiyi çoxfunksiyalı JF-17 qırıcı təyyarə, həmçinin, Pakistanın istehsal etdiyi kiçik kalibrli silahlar və tankla maraqlanıb,- deyə CNews R& D Army agentliyi məlumat verib.

Xəbər lenti

Xəbər lenti