...

Aİ xüsusi nümayəndəsi: " Azərbaycanda fəaliyyət planının yerinə yetirilməsi ilə bağlı problemlər mövcuddur"

Siyasət Materials 19 Oktyabr 2007 18:51 (UTC +04:00)
Aİ xüsusi nümayəndəsi: " Azərbaycanda fəaliyyət planının yerinə yetirilməsi ilə bağlı problemlər mövcuddur"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanda Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı üzrə öhdəliklərin yerinə yetirilməsində problemlər mövcuddur. Bu barədə Avropa İttifaqı Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi cümə günü Bakıda bildirib.

"Azərbaycan tərəfindən siyasi iradə mövcuddur, lakin öhdəliklər yerinə yetirilmir. Planın yerinə yetirilməsinin ikinci ili ərzində bu öhdəliklər diqqət mərkəzində olacaq",-deyə Semnebi söyləyib.

Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı 2006-cı ildə Aİ ilə Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanıb. Aİ və Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və ikitərəfli eneri tərəfdaşlığı üçün qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar.

Semnebinin sözlərinə görə, söz azadlığı fəaliyyət planının icrasının mühüm hissəsidir.

Xəbər lenti

Xəbər lenti