...

ARDNŞ Dövlət büdcəsinə köçürmələri artırıb

Siyasət Materials 20 Oktyabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2007-ci ildə Dövlət büdcəsinə 800 mln. manata yaxın köçürmə edib. Bu məbləğ ötən ilin analoji dövrünə nisbətdə 236,6 mln. manat çoxdur. Bu barədə şənbə günü ARDNŞ-nin məlumatında bildirilib.

Dövlət Sosial Müdafiə Fonduna bu il 56,45 mln. manat köçürülüb ki, bu da, ötən ilin analoji dövrünün göstəricisi ilə müqaisədə 19,2 mln. manat çox təşkil edib.

ARDNŞ 2006-cı ildə ölkənin Dövlət büdcəsinə 734,7 mln. manat köçürüb, bu , 2005-ci ilin göstəricisindən 189,7 mln. manat çoxdur.

ARDNŞ-nin Dövlət büdcəsinə köçürmələrinin ümumi cədvəli min manatla:

Aylar 2006 il 2007 il Fərq
Fakt Fakt Fakt(2006-2007)
Ynvar 39 559 51 160 11 601
Fevral 63 935 60 846 -3 089
Mart 67621 76972 9351
Aprel 60 146 69 621 9 475
May 49 047 62 032 12 985
İyun 72 744 163 189 90 445
İyul 60 540 110 240 49 700
Avqust 73 457 95 161 21 704
Sentyabr 76 336 110 707 34 371
Cəmi 563 385 799 998 236 613
Dövlət Sosial Müdafiə Fonduna köçürmələr
Yanvar - sentyabr 37 258 56 456 19 198
Xəbər lenti

Xəbər lenti