...

25 dövlət orqanında olan vakant yerlərə imtahan keçirilib

Siyasət Materials 20 Oktyabr 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zarbalieva/ Bu gün 25 dövlət orqanında 383 vakant dövlət vəzifəsinin tutulması üçün imtahan keçirilib. İmtahan Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilib. Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə bildirib ki, 6-9- cu təsnifat üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 1853 namizəd sənəd verib. Onlardan 101 nəfəri imtahana buraxılış vəsiqəsini götürməyib, buraxılış vəsiqəni götürənlərdən 10 nəfər isə, imtahanlarda iştirak etməyib. Komissiya sədrinin sözlərinə görə, sənəd verən namizədlər daha çox Dövlət Miqrasiya Xidmətində, İqtisadi İnkişaf Nazirliyində, Gənclər və İdman Nazirliyində işləməyə maraq göstərirlər. Ən az maraq Tarif Şurasına və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinədir. Xəlilov bildirib ki, dövlət orqanlarındakı vakant yerlər, əsasən, 6-cı təsnifata aiddir. Musabiqə elan olunmuş dövlət qulluqçularının vəzifə maaşı 250 manatdan başlayır və vəzifə maaşına ixtisas dərəcələri, qulluq stajına dair əlavələr də daxildir. Xəlilov Mərkəzi icra hakimiyəti orqanlarının əksəriyyətində vakant dövlət qulluğu vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir və yaxın gələcəkdə 6-9-cu təsnifatlar üzrə bütün dövlət qulluğu vəzifələrinin tutulması müsabiqə yolu ilə aparılacaq. İmtahanın nəticələri günün ikinci yarısında TQDK və Dövlət Qulluğu məsələri üzrə Komissiyanın İnternet saytında yerləşdiriləcək. İmtahanlarda namizədlər 3 saat ərzində 100 sualı cavablandırmalıdırlar. 80 və daha artıq bal toplayan namizədlər söhbətə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti