...

Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri: " Dövlət qulluğunda işləmək istəyənlərin bilik səviyyəsi aşağıdır"

Siyasət Materials 20 Oktyabr 2007 13:46 (UTC +04:00)
Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri: " Dövlət qulluğunda işləmək istəyənlərin bilik səviyyəsi aşağıdır"

Azərbaycan, Bakı / Trend , müxbir K.Zarbalieva/ Dövlət qulluğunda işləmək üçün sənəd verənlərin bilik səviyyəsi aşağıdır. Bunu jurnalistlərə açıqlamasında Prezident Yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. Xəlilov bildirib ki, müsabiqəyə çıxarılan əksər vakant vəzifələr boş qalır. Komissiya sədri qeyd edib ki, dövlət qulluğunda bilik səviyyəsi və şəxsi keyfiyyətlərinə görə fərqlənən şəxslər təmsil olunmalıdır. Xəlilov təcrübədə dövlət qulluğuna müsabiqədənkənar qəbulla bağlı faktların aşkarlandığını bildirib. Bu faktların hər biri ilə bağlı, müvafiq ölçü götürüldüyünü deyən Xəlilov, həmin faktlar üzrə qərarların, qanunvericiliyə uyğun olmadığı üçün, ləğv ediləcəyini vurğulayıb. Komissiya sədri aşkarlanmış bu faktların sayını, eləcə də dövlət orqanlarının adını açıqlamayıb. Xəlilov hazırda dövlət qulluqçularının reyestrinin aparıldığını və bu bazanın 2500 dövlət qulluqçusunu əhatə etdiyini bildirib. "Dövlət orqanları dövlət qulluqçularının reyestrinin doldurulması üçün Komissiyaya məlumatlar təqdim etməyə başlayıblar. Proses davam edir",- deyə Xəlilov əlavə edib. Xəlilov, müsabiqənin ikinci mərhələləsinin-- söhbətin tam şəffaf keçirilməsi məqsədilə, müsahibə komisiyasında KİV və QHT nümayəndələrinin iştirakının nəzərdə tutulduğunu deyib: "Söhbət mərhələsi ilə bağlı müəyyən söz-söhbətlər yayılır. Qərara gəlmişik ki, gələcəkdə müsahibə açıq keçirilsin. Namizədin razılığı olduğu təqdirdə, söhbətdə KİV və QHT nümayəndələri də iştirak edəcəklər".

Xəbər lenti

Xəbər lenti