...

Türkiyə Milli Təhlükəsizlik Şurası transsərhəd əməliyyatını müzakirə edəcək

Siyasət Materials 20 Oktyabr 2007 14:56 (UTC +04:00)
Türkiyə Milli Təhlükəsizlik Şurası transsərhəd əməliyyatını müzakirə edəcək

Türkiyə, Ankara/ Trend müxbir A.Ələsgərov/ Türkiyənin cənub-şərqdə, Şimali İraqla olan sərhədindəki vəziyyət oktyabrın 24-də Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında diqqət mərkəzində olacaq. Burfda ilk dəfə prezident Abdulla Gül sədrlik edəcək. CNN-Türk-ün məlumatına görə, iclasda ilk dəfə bir sıra nazirlər və müxtəlif qoşun növlərinin rəhbərləri iştirak edəcəklər.

MNŞ-nın iclasında əsasən, İraqla sərhəddəki vəziyyət, konkret hərbi tədbirlər və antiterror əməliyyatlarının müddəti məsələsinin müzakirə olunacağı gözlənilir.

Rəsmi Ankara bəyan edir ki, Kürd Fəhlə Partiyasının (PKK) istinad bazalarının ləğv olunması üçün İraqla həmsərhəd ərazilərə daxil olmaq niyyətindədir. ABŞ və İraq hökuməti buna qarşı qəti olaraq etiraz edirlər. Türkiyə parlamenti ilin istənilən dövründə Türkiyə silahlı qüvvələrinə transsərhəd əməliyyatı keçirməyə imkan verən qanun layihəsini qəbul edib.

Türkiyə KİV-nin verdiyi məlumata görə, İraqla sərhəddə 60 minlik hərbi qüvvə toplanılıb.Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, həmsərhəd ərazidəki terrorçuların sayı 3-3,5 min nəfərə yaxındır. Türkiyə və PKK arasındakı çoxillik münaqişə nəticəsində, 37 min nəfər Türkiyə vətəndaşı həlak olub.

MTŞ-nin yeni baş katibi. Türkiyənin Afinadakı səfiri Tahsin Burcuoğlu diplomatik missiyadakı vəzifələrini təhvil verdikdən sonra, noyabrın 1-dən etibarən, səlahiyyətlərinin icrasına başlayacaq.

Xəbər lenti

Xəbər lenti