...

Dairə seçki komissiyaları sədrlərinə sertifikatlar təqdim olunub

Siyasət Materials 20 Oktyabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın dairə seçki komissiyaları sədrləri üçün təşkil olunan ixtisasartırma kurslarının ilk mərhələsi şənbə günü başa çatdı. Trend in məlumatına görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirlən I mərhələ kursların yekununda DSK sədrlərinə sertifikatlar təqdim olunub.

Azərbaycanda 125 dairə seçki komissiyası (DSK) fəaliyyət göstərir. 125 nəfər DSK sədri 4 qrupa bölünərək hər qrup üçün bir həftə ərzində kurslar keçirilməsi planlaşdırılıb. 32 nəfərdən ibarət ilk qrup üçün ixtisasartırma kursu bu gün başa çatdırıldı. Gələn həftənin ilk günü növbəti qrupun kursları başlanacaq. Kurslarda MSK üzvləri, MSK katibliyinin əməkdaşları məruzələri, izahları dinlənilir.

MSK sədri Məzahir Pənahov və Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov ilk kursun iştirakçılarına sertifikatlarını təqdim etdilər.

MSK sədri Pənahov bildirib ki, gələn il də seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə digər treninqlər, seminralar təşkil olunacaq.

Pənahov DSK sədrlərinə müraciətində bildirib ki, "seçki pozuntularına yol verən şəxslər deməli iqtidara xidmət etmirlər"-deyib. Onun sözlərinə görə, seçkilər zamanı komissiya üzvlərinin qanun pozuntularına yol verməsi onların Seçki Məcəlləsini yaxşı bilməmələri ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti