...

Baş prokurorun müavini: "Monitor" jurnalının baş redaktorunun qətli ilə bağlı istintaq hərəkətləri gücləndirilib"

Siyasət Materials 22 Oktyabr 2007 12:21 (UTC +04:00)
Baş prokurorun müavini: "Monitor" jurnalının baş redaktorunun qətli ilə bağlı istintaq hərəkətləri gücləndirilib"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaq hərəkətləri gücləndirilib, bazar ertəsi Trend ə baş prokurorun müavini Rüstəm Usubov bildirib. Onun sözlərinə görə, Hüseynovu qətlə yetirənlərin həbsi üçün Gürcüstanın prokurorluğu və təhlükəsizlik nazirliyi ilə birgə istintaq hərəkətləri aparılır.

"Monitor" jurnalının baş redaktoru 2005-ci ilin martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Hadisə ilə bağlı hazırda iki nəfər, Teymuraz Əliyev və Tahir Xubanov axtarışdadır. Əliyev və Xubanov Gürcüstan vətəndaşları olduqları üçün onların tapılması üçün beynəlxalq axtarışa verilib. Faktla bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır və Baş Prokurorluq işə nəzarət edir.

Usubov deyib ki, "Monitor" jurnalının baş redaktorunun qətlə yetirilməsi ilə bağlı istintaqın yekunlaşmamasına səbəb cinayətkarlarin tapılmamasıdır.

Xəbər lenti

Xəbər lenti