...

ADP prezident seçkisi ilə eyni vaxtda referendum keçirilməsini təklif edir

Siyasət Materials 22 Oktyabr 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Azərbaycan Demorat Partiyası (ADP) gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bərabər Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi təklif edir. Bu barədə ADP Ali Məclisinin bazar günü keçirilən toplantısında qərar çıxarılıb.

Partiyanın təklfinə əsasən, hakimiyyətin icra qolunun - Prezident Aparatının hakimiyyətin digər qanadları üzərindəki şişirdilmiş səlahiyyətlərinin qarşısını almaq üçün Konstitusiyaya dəyişiklik edilməli, bunun üçün gələn il prezident seçkiləri ilə eyni vaxtda referendum keçirilməlidir. Konstitusion dəyişikliklər həmçinin seçki sistemində islahatları da əhatə etməli, majoritar seçki sistemi ya ləğv olunmalı, ya da proporsional və majoritar olmaqla qarışıq seçki sistemi bərpa edilməlidir. ADP həmçinin deputatların sayının 125-dən 250-yə çatdırılması təklif edir.

Partiyanın Ali Məclisi Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsi hazırlayıb hökumətə təqdim etməyə qərar verib.

ADP-nin gələn ilki prezident seçkisində iştirak edəcək namizədinin müəyyənləşməsi isə Ali Məclisin növbəti sessiyasına qədər təxirə salınıb.

Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti