...

Polşa şirkəti Azərbaycana hərbi texnika təklif edir

Siyasət Materials 22 Oktyabr 2007 13:06 (UTC +04:00)
Polşa şirkəti Azərbaycana hərbi texnika təklif edir

Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Polşanın hərbi və mülkü texnika istehsal edən iri şirkətlərindən biri olan Bumar öz məhsullarını Azərbaycana təklif etmək niyyətindədir. Şirkətin ixrac üzrə direktoru Vlodzimej Staşkeviçin verdiyi məlumata görə, Azərbaycan Bumar şirkətindən müasir hərbi texnika məhsulları əldə edə bilər. Bunlar hərbi vertalyotlar, "Tvardı" RT-91M tankları, texniki təminatlı WZT-4 maşınları, körpü tikmək üçün istifadə olunan "PMC-Lequan" texnikası və MID-M mühəndis maşınlarıdır.

Mümkün əməkdaşılq məsələsi noyabrın 7-8-də Bakıda Azərbaycan və Polşa arasında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası zamını müzakirə olunacaq. "Biz başlanğıc üçün Azərbaycana öz məhsullarımızı aşağı qiymətlərlə təklif etməyə hazırıq" - deyə Staşkeviç bildirib.

Hərbi texnikadan savayı şirkət, Azərbaycana həmçinin istehsal etdiyi kənd təsərrüfatı maşınları üçün mühərrik və aqreqatlar, kiçik qabaritli kənd təsərrüfatı maşınları, neft-qaz sahəsində işləyən şaxtaçılar üçün avadanlıqlar təklif edəcək" - deyə Bumar rəhbərliyinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti