...

Qondarma "erməni soyqrımı"na dair qətnamənin ABŞ Konqersi tərəfindən qəbul olunduğu təqdirdə Türkiyə konkret addımlar atacaq (video)

Siyasət Materials 22 Oktyabr 2007 13:14 (UTC +04:00)
Qondarma "erməni soyqrımı"na dair qətnamənin ABŞ Konqersi tərəfindən qəbul olunduğu təqdirdə Türkiyə konkret addımlar atacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Qondarma "erməni soyqrımı"na dair qətnamənin ABŞ Konqersi tərəfindən qəbul olunduğu təqdirdə Türkiyə konkret addımlar atacaq. Bu barədə Türkiyənin Baş Polis Direktoratının Qaçaqmalçılıq və Mütşkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəis köməkçisi Rakıb Kılıc məlumat verib.

"Biz ümid edirik ki, qətnamə qəbul olunmayacaq. ABŞ-ın qətnamni qəbul etdiyi təqdirdə Türkiyə də öz tərəfindən konkret addımlar atacaq" - deyə o bildirib.

ABŞ Konqresi 20-ci əsrin əvvəllərində ermənilərin Osmanlı imperiyası ərazisində türklər tərəfindən soyqırıma məruz qaldığını iddia edən qətnamə layihəsi işləyib hazırlayıb. Ermənilər iddia edir ki, soyqırım günü 1,5 milyondan çox erməni qətlə yetirilib.

Türkiyə dəfələrdə ABŞ-ı xəbərdar edib ki, 106 saylı qətnamənin qəbul edildiyi təqdirdə Amerika-Türkiyə münasibətləri korlana bilər.

Türkiyə-İraq münasibətlərinə gəlincə isə Kılıc qeyd edib ki, hər iki ölkənin rəsmi şəxsləri arasında danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti