...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdulla Vureykəti qəbul edib

Siyasət Materials 22 Oktyabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdulla Vureykəti qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və iki ölkə rəhbərinin qarşılıqlı səfərlərinin bu münasibətlərin genişləndirilməsi işində xüsusi rol oynadığını vurğulayıb. İordaniyaya rəsmi səfərini məmnuniyyətlə xatırladan dövlətimizin başçısı Kral II Abdulla ilə görüşləri zamanı çox səmərəli müzakirələr aparıldığını və gələcək əməkdaşlığımızın perspektivlərinin müəyyən edildiyini bildirib. Prezident İlham Əliyev İordaniya Kralı ilə ölkələrimiz arasında birgə biznes- forumun keçirilməsi barədə də razılığa gəldiklərini deyərək, əminliklə qeyd edib ki, belə tədbirlərin keçirilməsi ikitərəfli əlaqələrimizin daha da inkişafı işinə xidmət göstərəcəkdir. Abdulla Vureykət İordaniya Kralı II Abdullanın salamlarını və Azərbaycanın Müstəqillik günü münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən qonaq yaxın gələcəkdə Əmman-Bakı birbaşa hava yolunun açılması istiqamətində işlərin görüldüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti