...

Azərbaycan Prezidenti "Safari" beynəlxalq ovçuluq klubunun prezidentini qəbul edib

Siyasət Materials 23 Oktyabr 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında "Safari" beynəlxalq ovçuluq klubunun prezidenti Denis Andersonu qəbul edib.

Dövlət başçısı Bakı, habelə Azərbaycanın gözəl təbiətə malik olan rayonları ilə tanışlığın Andersonda ölkəmiz haqqında xoş təəssürat yaradacağına əminliyini söyləyib. Anderson Azərbaycana ilk dəfə səfər etdiyini və səfəri çərçivəsində, artıq Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış olduğunu, eyni zamanda, ölkəmizin digər rayonlarına səfər etməyi planlaşdırdığını deyib. O, "Safari" beynəlxalq ovçuluq klubunun ömürlük üzvlüyünə dair nişanı Prezident İlham Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti