...

Azərbaycanın Xin rəhbəri Litva parlamentarilərini qəbul edib

Siyasət Materials 23 Oktyabr 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Litva seyminin xarici işlər daimi komitəsinin sədri Yustinas Korosasun rəhbərliyi ilə Litva parlamentarlarından ibarət nümayəndə heyətini qəbul edib,--XİN mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Tərəflər Azərbaycan və Litva arasında əməkdaşlığın enerji sahəsində də inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.

Məmmədyarov Baltikyanı ölkələr, o cümlədən Litvanın ölkəmizin Avro-Atlantik strukturlara inteqrasiyasında körpü rolu oynadığını diqqətə çatdıraraq, qarşılıqlı siyasi dəstəkdən məmnunluğunu ifadə edib.

Öz növbəsində,Korosas da iki dövləti ümumi maraqların birləşdirdiyini, Azərbaycanın alternativ enerji mənbəyi olmaqla bərabər, regionda siyasi, iqtisadi baxımdan ən münasib müttəfiq olduğunu deyib.

Azərbaycanın xarici siyasətində və ümumi inkişafında Dağlıq Qarabağ münaqişəsinin həllinin ən vacib məsələ olduğunu qeyd edən azərbaycanlı nazir Ermənsitanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasəti, ölkəmizin tarixi və mədəni abidələrinə qarşı törədilmiş vandallıqlar barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə ikitərəfli münasibətlər və regional əhəmiyyətli bir sıra məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti