...

Prezident: Azərbaycan 100-150 il ərzində enerji problemi ilə üzləşməyəcək

Siyasət Materials 24 Oktyabr 2007 11:00 (UTC +04:00)
Prezident: Azərbaycan 100-150 il ərzində enerji problemi ilə üzləşməyəcək

Azərbaycan, Yevlax / Trend , müxbir A.İsmaylova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Yevlaxda Heydər Əliyev adına sarayın açılışında bildirib ki, Azərbaycan 100-150 il ərzində enerji problemi ilə üzləşməyəcək.

Onun sözlərinə görə, Azərbaycan, həmçinin digər ölkələrə də, enerji təchizatı məsələlərində yardım edəcək ki, bu da ölkənin artan nüfuzundan xəbər verir.

O, qeyd edib ki, gələn il Azərbaycana 3 mlrd. manat investisiya yatırılacaq və birinci dəfə olaraq daxili investisiya xarici investisiyanı ötüb keçib. Onun sözlərinə görə, ölkədə sənaye potensialı inkişaf edir. Onun möhkəmləndirilməsi, köhnə potensialına yenidən baxılması və yerli xammal üçün yeni müəssisələrin yaradılmasına ehtiyac var.

Dövlət başçısının sözlərinə görə, yeni iş yerlərinin açılması hesabına miqrasiya problemi həll edilir, həmçinin əhalinin sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti