...

İsrailli ekspert: " Əli Laricaninin İran Təhlükəsizlik Surasının katibi vəzifəsindən kənarlaşdırılması nüvə proqramı üzrə Əhməninejadın mövqeyini gücləndirəcək"

Siyasət Materials 24 Oktyabr 2007 16:56 (UTC +04:00)
İsrailli ekspert: " Əli Laricaninin İran Təhlükəsizlik Surasının katibi vəzifəsindən kənarlaşdırılması nüvə proqramı üzrə Əhməninejadın mövqeyini gücləndirəcək"

İsrail, Yerusəlim / Trend , müxbir R.Məmmədov/ Əli Laricaninin İran Təhlükəsizlik Surasının katibi vəzifəsindən kənarlaşdırılması prezident Əhməninejadın İranın atom proqramının reallaşdırılması ilə bağlı bütün kompleks məsələlərə təsirini gücləndirəcək.

"Prezidentin bu istiqamətdə fəaliyyəti daha kəskin, ölkənin siyasəti isə bütünlüklə daha fırıldaqçı-ekstremist olacaq" - deyə Yerusəlimdə Avropa İnstitutunun eksperti Vladimir Mesamed hesab edir.

İranın nüvə problemi üzrə Qərb ölkələri ilə danışıqlar aparan Təhlükəsizlik Şurasının rəhbəri Laricaninin istefası ötən şənbə ölkə prezidenti tərəfindən qəbul olunub. Rəsmi xəbərlərə görə, Laricani bir neçə dəfə istefasına dair ərizə təqdim edib və prezident Mahmud Əhmədinejad onu qəbul edib. "Qərbyönümlü" Laricaninin yerinə tərəfdarların Əhmədinejadın ideyası hesab etdikləri İranın xarici işlər naziri Səid Cəlili təyin olunub.

Vladimir Mesamed çərşənbə günü Trend ə verdiyi müsahibəsində deyib ki, Qərblə danışıqlar prosesi İranın atom probleminin həlli məsələsini növbəti dəfə çıxılmaz vəziyyətə salacaq islam fanatı kimi qiymətləndirilən və kompromisə getmək imkanında olmayan yeni katibin əlindədir.

Mesamedin fikrincə, son zamanlar Əhmədinejad, Laricaninin onun üçün müəyən olunmuş göstərişlərə əməl etməməsi və danışıqlar prosesinin həyata keçirilməsi ilə bağlı, bu və ya digər tapşırıqları öz yaxın adamlarına həvalə etməsi qənaətinə gəlirdi.

"Bir müddət öncə məlum olub ki, Laricani tərəfindən həyata keçirilən nüvə proqramı üzrə aparılan danışıqlar prosesi prezidentin təbliğ etdiyi digər hücüm xarakterli xətlə ziddiyyət təşkil edir. İran üçün dünya ictimaiyyəti tərəfindən siyasi və iqtisadi sahədə tətbiq olunan sanksiyaların, dövlətin mövcudluğu üçün təhlükə yaradan birbaşa hərbi zərbələrin qorxulu olmaması nöqteyi -nəzərindən, Laricaninin yanaşması ilə prezident tərəfindən təbliğ olunan mövqe üst-üstə düşmürdü. İranın siyasi Olimpində bu cür qarşıdurmalar mümkün deyil. Buna görə də, "Diktaror" kimi tanınan prezidentin həlledici addımını gözləmək qalırdı" - deyə Mesamed bildirib.

Xəbər lenti

Xəbər lenti