...

Müxalifət partiyasının qurultayı keçiriləcək

Siyasət Materials 24 Oktyabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Liberal Partiyasının (ALP) qurultayı noyabr ayında keçiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda ALP sədri əvəzi Əvəz Temirxan məlumat verib.

Onun sözlərinə görə, qurultayda partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklərin edilməsi məsələsi müzakirə olunacaq, ALP-nin yeni sədri seçiləcək.

Temirxan qeyd edib ki, ALP sədrliyinə namizədliyini irəli sürəcək: "Sədr seçkisi alternativ əsasda olacaq. Mən də namizəldərdən biri olacağam".

O, sədrliyə namizəd olacaq digər şəxslərin adlarını açıqlamayıb.

ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir.

Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi vəzifəsində işləyib.

Şövkət 2003-cü ildə ALP sədrliyindən istefa verib və bu partiyanın da daxil olduğu Milli Birlik Hərəkatını yaradıb. 2003-cü ildən ALP sədrinin səlahiyyətlərini Əvəz Temirxan həyata keçirir.

Xəbər lenti

Xəbər lenti