...

Gürcüstan prezidenti Azərbaycanlı həmkarına un verilməsi xahişi ilə müraciət edib

Siyasət Materials 24 Oktyabr 2007 18:11 (UTC +04:00)
Gürcüstan prezidenti Azərbaycanlı həmkarına un verilməsi xahişi ilə müraciət  edib

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili maddi yardım verilməsi proqramı üzrə yardım göstərilməsi barədə xahişlə Azərbaycanlı həmkarı İlham Əliyevə müraciət edib.

Saakaşvili Əliyevdən Gürcüstana buğda unu ilə kömək etməyi xahiş edib. Bu barədə o, bu gün hökumətin iclasında bəyan edib.

"Un qıtlığı və ərzaq sahəsində təzyiqən qaçmaq üçün mən öz dostumdan bizə kömək göstərməyi və müəyyən həcmdə un ayırmağı xahiş etmişəm",-deyə o söyləyib. Gürcüstan prezidenti bildirib ki, bu məsələnin həll olunması üçün danışıqlar aparmaq məqsədilə, kənd təsərrüfatı və ərzaq naziri Peter Tsiskarişvili Bakıya göndərilib.

Prezidentin maddi yardım verilməsi proqramı çərçivəsində, Gürcüstanın kənd regionlarının 700 min sakini 50 kq un alacaq ki, bu da un qıtlığına səbəb ola bilər. Buna görə də hakimiyyət qabaqlayıcı tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti