...

Azərbaycan parlamentinin sədri Fransaya rəsmi səfər edəcək

Siyasət Materials 24 Oktyabr 2007 18:13 (UTC +04:00)
Azərbaycan parlamentinin sədri Fransaya rəsmi səfər edəcək

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan parlamentinin sədri Oqtay Əsədov oktyabrın 29-dan 31-dək Fransada rəsmi səfərdə olacaq. Bu barədə çərşənbə günü Milli Məclisdən məlumat verilib.

Əsədov Fransa parlamentinin aşağı və yuxarı palatalarında bir sıra görüşlər keçirəcək.

Azərbaycan Milli Məclisində Azərbaycan-Fransa parlamentləarası dostluq qrupu fəaliyyət göstərir. Eyni zamanda, Fransa parlamentinin aşağı palatasında Cənubi Qafqaz qrupu mövcudur. Qrupun üzvləri bir neçə ay əvvəl Bakıda səfərdə olublar.

Xəbər lenti

Xəbər lenti