...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 25 Oktyabr 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 20.00-dan oktyabrın 25-i saat 05.50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.10-dan oktyabrın 25-i saat 01.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda javab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti