...

Azərbaycan və Bolqarıstan fövqəladə hallardan mühafizə sahəsində əməkdaşlığı genişləndirir

Siyasət Materials 25 Oktyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Bolqarıstanın təbii fəlakətlərlə mübarizə naziri Emel Etem Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə noyabrın 14-də Azərbaycana gələcək. Bu barədə cümə axşamı Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev məlumat verib.

Səfərdə məqsəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə tanışlıq və bu sahədə təcrübə mübadiləsidir.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 17-18-də Sofiyada işgüzar səfərdə olub.

Xəbər lenti

Xəbər lenti