...

Bu gün Sloveniyada Sovet İttifaqı qəhrəmanı Mehti Hüseynzadənin heykəlinin açılışı olacaq

Siyasət Materials 25 Oktyabr 2007 14:19 (UTC +04:00)
Bu gün Sloveniyada Sovet İttifaqı qəhrəmanı Mehti Hüseynzadənin  heykəlinin açılışı olacaq

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın böyük oğlu, Sovet İttifaqı qəhrəmanı Mehti Hüseynzadənin heykəlinin açılış mərasimi cümə axşamı Nova Qoritsa (Sloveniya) şəhərinə yaxın Şimpas qəsəbəsində olacaq. Bu barədə telefonla Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmaylov məlumat verib.

Mərasim yerli vaxtla 16:00-da keçiriləcək. Səfir məlumat verib ki, təntənəli mərasimdə iştirak etmək üçün baş nazirin müavini Elçin Əfəndiyevin başçılığı altında Azərbaycanın hökumət nümayəndələri Sloveniyaya yola düşüblər. Heykəlin müəllifi heykəltəraş Akif Ələskərovdur. Abidə ikiknci dünya müharibəsi zamanı faşistlərə qarşı mübarizə aparan "Russka Çeta" partizan dəstəsinin keçmiş qərargahının yerində qoyulub. Hüseynzadə alman dəstələrinin məhv edilməsi, ərzaq və döyüş sursatı eşalonlarının ələ keçirilməsi üzrə hərbi əməliyyatlara rəhbərlik etməyi bacaranlardan biri idi. Mehti Hüseynzadə "Russka Çeta" partizan dəstəsinin tərkibində onun adını bütün Adriatik sahillərində məşhur edən qəhrəmanlıq nümunələri göstərib. Bundan sonra o, 9-cu yuqoslav-italyan partizan korpusunun diversiya qrupuna rəhbərlik edib.

Azərbaycan xalqının şanlı oğlu 1944-cu ilin noybrında almanlar tərəfindən ələ keçirilərək öldürülüb. O, Çeporan kəndində dəfn olunub.

Səfir bildirib ki, Sloveniyaya səfər zamanı Azərbaycan nümayəndə heyəti Nova Qoritsanın yerli müdriyyəti ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti