...

MDB-yə üzv dövlətlərin Dövlət Mühafizə Xidməti rəhbərlərinin növbəti iclası 2008-ci ildə Tbilisidə keçiriləcək

Siyasət Materials 25 Oktyabr 2007 15:17 (UTC +04:00)

"Qafqaz-Press"in verdiyi məlumata görə, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirliklərinin Dövlət Mühafizə Xidməti rəhbərlərinin növbəti iclası 2008-ci ildə Tbilisidə keçiriləcək. Gürcüstan DİN-dən verilən məlumata görə, müvafiq qərar MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirliklərinin Dövlət Mühafizə Xidməti rəhbərlərinin və Ermənistan polisinin oktyabrın 22-24-də İrəvanda keçirilən görüşünün yekunu olaraq qəbul olunub.

İclas zamanı gələcək əməkdaşlıq məsələləri, Dövlət Mühafizə Xidmətlərinin birbaşa olaraq cinayətkarlığa qarşı aparılan tədbirlərdə iştirakı müzakirə olunub.

İclas zamanı kinoloji xidmətlərin məhsuldar işinə diqqət ayrılıb ki, bu da sərhəd zonalarında, gömrük məntəqələrində çox vacibdir. İclasda mütəxəssislərin bu sahədə qarşılıqlı səfərləri və təcrübə mübadiləsinin vacibliyi də xüsusilə vurğulanıb.

İki günlük müzakirələrin yekunlarına əsasən, mühafizə orqanlarının rəhbərləri əməkdaşlığa dair protokol imzalayıblar.

İclasda iştirak məqsədilə Ermənistana yeddi MDB ölkəsindən, Rusiya, Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Qırğızıstan və Tacikistandan olan orqan rəhbərləri gəliblər.

Xəbər lenti

Xəbər lenti