...

Azərbaycan və Litva hökumətləri gənclər siyasəti sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar (video)

Siyasət Materials 26 Oktyabr 2007 12:16 (UTC +04:00)
Azərbaycan və Litva hökumətləri gənclər siyasəti sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Litvanın sosial təhlükəsizlik və əmək naziri Viliya Blinkeviçyut cümə günü Bakıda gənclər siyasəti sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar.

Nazir Azad Rəhimov bildirib ki, sənəd iki ölkə arasında gənclər təşkilatlarının daha sıx qarşılıqlı fəaliyyəti, gənclər siyasəti sahəsində informasiya və təcrübə mübadiləsi, həmçinin beynəlxalq gənclər təşkilatlarında birgə fəaliyyətə yönəldilmiş layihələrin həyata keçirilməsində əməkdaşlıq etməyi nəzərdə tutur. Nazirlərin görüşü zamanı gənclərin məşğulluğu və idman tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Bu litvalı nazirin Azərbaycana birinci rəsmi səfəridir. Səfər çərçivəsində Blinkeviçyutun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti