...

Dondurulmuş münaqişələrin həlli məsələsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bəyannaməsinə salınıb

Siyasət Materials 26 Oktyabr 2007 12:13 (UTC +04:00)
Dondurulmuş münaqişələrin  həlli məsələsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bəyannaməsinə salınıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qara dəniz ölkələri regionunda mövcud olan dondurulmuş münaqişələrin regional əməkdaşlığa maneəçilik törətməsi və bu münaqişələrin aradan qaldırılması məsələləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Şurasının toplantısında qəbul olunan bəyannaməsinə salınıb, cümə günü Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Bəyannamədə bu məsələlərlə bağlı Azərbaycanın irəli sürdüyü təklif də təsdiq edilib.

Oktyabrın 25-də QDİƏT) Xarici İşlər Şurasının cümə axşamı keçirilən 17-ci iclasında Ankara Bəyannaməsi qəbul edilib. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Azərbaycanın irəli sürdüyü təkliflərdə qeyd olunub ki, davamlı inkişaf və hərtərəfli regional əməkdaşlığın genişləndirilməsi üçün təhlükəsizlik və sabitlik ilkin zəruri şərtlər olsa da Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti bu imkanlara ciddi əngəl törətməkdədir. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı ağır sosial-iqtisadi fəsadlara səbəb olub və hazırda bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşamaqda davam edir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti QDİƏT ölkələrinin bu dözülməz vəziyyətə reaksiya verməsinin vacib olduğunu xüsusilə vurğulanıb.

Toplantıda sədrlik Türkiyədən Ukraynaya keçib. QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2008-ci il aprel ayında Ukraynada keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti