...

Qəbələdə odlu silahla cinayət törətmək istəyən şəxs saxlanılıb

Siyasət Materials 26 Oktyabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Qəbələ rayonunda odlu silahla cinayət törətmək istəyən şəxs saxlanılıb. Qəbələ rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov cümə günü bildirib ki, şübhəli şəxs qismində saxlanılan şəxs rayon sakini Əlisurət Əlican oğlu Qəribovdur. Onun sözlərinə görə, Qəribovun dindirilməsi zamanı üzərində olan "Makarov" tipli tapança ilə cinayət törətmək istədiyi aşkarlanıb. O, odlu silahla qarət etmək istəyində olduğunu deyib.

Qəribov eyni fakt üzrə əvvəllər bir dəfə həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz odlu silah saxlama maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti