...

Azərbaycan Müdafiə Nazirliyi: "Hərbi hissədən qaçan zabit barəsində cinayət işi başlanılıb"

Siyasət Materials 26 Oktyabr 2007 14:28 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: "Hərbi hissədən qaçan zabit barəsində cinayət işi başlanılıb"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonunun Toğana kəndindəki N saylı hərbi hissədən silah götürərək qaçan zabit barəsində cinayət işi açılıb, cümə günü Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Hadisə ilə bağlı araşdırmalar aparılır, hadisə dəqiqliyi ilə müəyyən olunduqdan sonra ictinaiyyət məlumatlandırılacaq" məlumatda deyilib.

Oktyabrın 24-də axşam saatlarında Kamran Əsədov silah-sursat götürərək qulluq etdiyi hərbi hissədən qaçıb. Əsədov qulluq etdiyi hərbi hissədən 4 avtomat, 1 pulemyot götürüb. Baş vermiş hadisə ilə bağlı Gəncə və Xanlar rayonunun giriş-çıxışları bağlanılıb, axtarışlar aparılır.

Müdafiə Nazirliyi Əsədovun Silahlı Qüvvələrdə nizamnamələrin tələblərinə ciddi şəkildə əməl etdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti