...

XİN başçısı : Türkiyə kürdlər tərəfdən törədilən terror aktlarına dözmək fikrində deyil

Siyasət Materials 28 Oktyabr 2007 14:00 (UTC +04:00)
XİN  başçısı :  Türkiyə   kürdlər   tərəfdən   törədilən  terror  aktlarına   dözmək   fikrində   deyil

Bundan sonra Türkiyə Kürd fəhlə partiyası (KFP) tərəfindən törədilən terror aktlarına dözmək fikrində deyil. Bu cür bəyanatla Türkiyə xarici işlər naziri Əli Babacan bazar günü İrana səfər çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib .

" Türkiyə terrorla mübarizəni çox ciddi bir hədəf kimi qəbul edib " - deyə Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib , " Biz İraqın ərazi bütövlüyünün və siyasi birliyinin prinsipial olduğunu hesab edirik ".

" Lakin , KFP İraqın şimalında terror fəaliyyəti məsələsində Ankaranın səbri sona yetib " - Babacan qeyd edib . Onun sözlərinə görə , Türkiyə KFP ilə mübarizədə müxtəlif vasitələrdən istifadə edir : " Biz bütün vasitələri nəzərdən keçiririk - diplomatik, siyasi , iqtisadi və hərbi ". Babacan Türkiyənin məqsədi kimi terror təşkilatını göstərib , və heç bir halda İraq ərazisi və bu ölkənin əhalisi olmadığını deyib .

Bu məsələdə Vaşinqtonun mövqeyini şərh edən XİN başçısı xatırlatdı ki , "ABŞ özləri beynəlxalq terrorçuluğun qurbanına çevrilib . Mən onların terrorçuları müdafiə etməsinı ehtimal etmirəm " . " Beynəlxalq əməkdaşlıq və birlik terrorla mübarizədə yeganə yoldur " - deyə Babacan yekunlaşdırdı . / Vesti /

Xəbər lenti

Xəbər lenti