...

Milli Təhlükəsizlik Nazirliyi İsmayıllıda vəhhabilərə qarşı geniş əməliyyat keçirib

Siyasət Materials 29 Oktyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Milli Təhlükəsizlik Nazirliyi (MTN) İsmayıllı rayonunda vəhhabilərə qarşı geniş əməliyyat keçirib. İsmayılının hüquq-mühafizə orqanlarından bildiriblər ki, şənbə günü günorta saatlarında əməliyyat rayonun Xənəyə kəndindəki "Qız Qalası" adlanan ərazidə keçirilib. Əməliyyat barəsində geniş məlumat verilmir.

MTN-nin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Arif Babayev keçirilən əməliyyat barəsində geniş məlumatın veriləcəyini bildirib.

Azərbaycanda son aylar fəaliyyət göstərən radikal dini qruplaşmalara qarşı mübarizə gücləndirilib. Son bir ayda Sumqayıtda 6 vəhhabi tutulub, Bakının Maştağa qəsəbəsində əməliyyat keçirilib.

Xəbər lenti

Xəbər lenti