...

Azərbaycanın müxalifət partiyası Türkiyə səfirliyi qarşısında dəstək aksiyası keçirəcək

Siyasət Materials 29 Oktyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Pariyası (AMİP) noyabrın 2-də Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında dəstək aksiyası keçirəcək. Bu barədə bazar ertəsi Trend ə AMİP-dən məlumat verilib.

Türkiyə parlamenti iki həftə əvvəl çıxardığı qərarla hökumətə qonşu İraqın şimalında PKK terror təşkilatının zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlar aparılmasına icazə verib. Rəsmən əməliyyatlara hələki başlanılmayıb.

Türkiyədən başqa, BMT və Avropa Birliyinin də terrorçu təşkilat kimi tanıdığı PKK (Kürd Fəhlə Partiyası) 1984-cü ildən başlayaraq, kürdlərin Türkiyənin cənub-şərqində müstəqilliyini qazanması uğrunda silahlı mübarizə aparır. Bu konflikt artıq 40 min insanın həyatına son qoyub.

Türkiyənin PKK-ya qarşı açıq mübarizəyə başlamaq qərarını Azərbaycanın 10-a yaxın sağçı, miliyyətçi siyasi partiyaları da dəstəkləyib, bu sıradan olan Müsavat, ADP, Ədalət və İnkişaf, Böyük millət partiyaları, "Bizim Azərbaycan" bloku, "Dalğa" Gənclər Hərəkatı və digər ictimai, siyasi təşkilatlar bu barədə bəyanatlar yayıblar.

Sağ təmayüllü, miliyyətçi partiya AMİP Türkiyəyə dəstəyini nümayiş etdirmək üçün noyabrın 2-də Türkiyə səfirliyi qarşısında piket keçirilməsi ilə bağlı bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Aksiyada terror əleyhinə və Türkiyənin qərarını dəstəkləyən şüarlar səsləndiriləcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti