...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib

Siyasət Materials 29 Oktyabr 2007 15:03 (UTC +04:00)
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, İ.Əlizadə/ Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin binaları ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Trend in hadisə yerində olan müxbirinin bazar ertəsi verdiyi məlumata görə, səfirliklərin binaları ətrafında təhlükəsizliyi qoruyan polislərin sayı artırılıb.

ABŞ və Böyük Britaniyanın səfirlikləri təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyətlərini müvəqqəti dayandırmışdılar. Azərbaycan hüquq-mühafizə orqanlarına müraciətdən sonra, onlar bazar ertəsi fəaliyyətlərini bərpa ediblər.

Xəbər lenti

Xəbər lenti