...

İsrailin baş naziri hesab edir ki, xərçəng xəstəsi olsa da, ölkəni idarə etmək iqtidarındadır

Siyasət Materials 29 Oktyabr 2007 16:23 (UTC +04:00)
İsrailin baş naziri hesab edir ki, xərçəng xəstəsi olsa da, ölkəni idarə etmək iqtidarındadır

İsrail, Yerusəlim / Trend , müxbir R.Məmmədov/ İsrailin baş naziri Ehud Olmertin prostat vəzisində inkişafın ilkin mərhələsində olan xərçəng şişi aşkar olunub. "Mən hesab edirəm ki, İsrail xalqı baş nazirin səhhəti ilə bağlı məlumatlı olmalıdır" - deyə Olmert bazar ertəsi Yerusəlimdə keçirilən xüsusi mətbuat konfransında bildirib.

Ehud Olmert ("Kadima" partiyasının lideri) 2006-cı ilin aprelindən baş nazir postunu tutur. Son həftələr yerli KİV onun səhhətinin pisləşməsi ilə bağlı xəbər lər yazılsa da, diaqnoz açıqlanmırdı.

Olmert məlumat verib ki, mütləq cərrahi əməliyyat olunmalıdır, lakin əməliyyata qədər o, ölkəni idarə etmək iqtidarındadır. "Ola bilsin ki, əməliyyatdan sonra bərpa olunmaq üçün vaxt lazım olacaq" - deyə o bildirib.

Olmertin həkimləri mətbuat konfransında bildiriblər ki, xərçəng şişi ilkin mərhələdə aşkar olunub və vəziyyət onu deməyə ümid verir ki, Olmert xəstəliyə qalib gələcək. Həkimlərin sözlərinə görə, ya həkimlərin müdaxiləsi ya da ambulator müalicəyə ehtiyac olacaq.

İsrailin yerli ekspertləri maraqlanırlar ki, müalicə müddətində Olmert ölkəni idarə etmək iqtidarında olacaqmı? Anonimliyin qorunub saxlanılmasını istəyən bir sıra mənbələrin rəyinə görə, müalicə müddətində ölkənin idarəçiliyi baş nazirin birinci müavini, xarici işlər naziri Çipi Livniyə həvalə oluna bilər.

Xəbər lenti

Xəbər lenti