...

Vatikan dövlət katibinin Azərbaycana səfəri planlaşdırılır

Siyasət Materials 29 Oktyabr 2007 18:16 (UTC +04:00)
Vatikan dövlət katibinin Azərbaycana səfəri planlaşdırılır

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Dövlət katibinin səfərinin 2008-ci ilin fevral ayında baş tutacağı gözlənilir. Bu barədə Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyov məlumat verib.

Səfir bildirib ki, Roma Papasının Cənubi Qafqaz üzrə nümayəndəsi Klaudio Qudjeretti bu gün Bakıda Dövlət Katibinin səfərinə hazırlıqla bağlı danışıqlar aparır. Bertone regiona səfərini Azərbaycandan başlayacaq və daha sonara Gürcüstana, ordan isə Ermənistana gedəcək.

Bakıya səfəri zamanı dövlət katibi ölkə rəhbərliyi və ruhanilərlə Azərbaycan və Vatikan arasındakı əməkdaşlığın inkişafı məsələsi üzrə danışıqlar aparacaq.

Səfər çərçivəsində, dövlət katibinin Bakıda Nobel prospektində katolik kilsəsinin açılışında iştirak edəcəyi gözlənilir. Kilsənin tikintisini Roma Katolik Kilsəsi maliyyələşdirib.

Azərbaycanın katolik icması hazırda təqribən 250 nəfərdən ibarətdir və təqribən bir o qədər də, burda müvəqqəti yaşayan əcnəbilər mövcuddur.

Xəbər lenti

Xəbər lenti