...

Baş nazirin müavini: NATO boru xətlərinin mühafizəsi ilə bağlı müraciətə müsbət cavab verməyib

Siyasət Materials 29 Oktyabr 2007 23:06 (UTC +04:00)
Baş nazirin müavini: NATO boru xətlərinin mühafizəsi ilə bağlı müraciətə müsbət cavab verməyib

Azərbaycan, Bakı / Trend müx. İ.Əlizadə/ Azərbaycan, Gürcüstan və Türkiyə tərəfi boru kəmərlərinin mühafizəsi ilə bağlı mütamadi olaraq məsləhətləşmələr aparırlar. Bu barədə bazar ertəsi günü jurnalistlərə açıqlamasında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov məlumat verib. O qeyd edib ki, boru kəmərlərinin mühafizəsi məqsədi ilə NATO-ya müasir avadanlıqların alınması üçün müraciət edilib, lakin təşkilatdan bu müraciətlərə müsbət cavab verilməyib: "NATO-dan bildirdilər ki, alyans yalnız quruma daxil olan ölkələrin ərazisindən keçən kommunikasiya xətlərinin təhlükəsizliyi ilə məşğul olur. NATO-nun quruma üzv olmayan dövlətlərin ərazisindən keçən xətlərin və neft kəmərlərinin qorunmasında təcrübəsi yoxdur".

Xəbər lenti

Xəbər lenti