...

Nazir müavini: Azərbaycanın hərbi-təhsil müəssisələrində vəhhabilik yoxdur

Siyasət Materials 29 Oktyabr 2007 22:58 (UTC +04:00)
Nazir müavini: Azərbaycanın hərbi-təhsil müəssisələrində vəhhabilik yoxdur

Azərbaycan, Bakı / Trend müx. İ.Əlizadə/ Azərbaycan ordusunda və hərbi-təhsil müəssisələrində vəhhabilik yoxdur. Bu barədə bazar ertəsi günü Azərbaycanın müdafiə nazirinin hərbi təhsil və kadrlar üzrə müavini, general-leytenant Çingiz Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. Eyni zamanda nazir müavini Azərbaycanın hərbi-təhsil müəssisələrindən ondan çox zabit və kursantın qovulması ilə bağlı KİV-də yayılan məlumatlarla bağlı sualı cavablandırmaqdan imtina edib. "Mən belə suallara cavab vermirəm. Çünki bu cür suallardan xoşum gəlmir" - deyə Məmmədov vurğulayıb.

Bir neçə gün öncə Müdafiə Nazirliyinin Xanlar rayonundakı hərbi hissəsindən baş leytenant Kəmran Əsədov qaçıb. Özü ilə dörd avtomat, bir pulyomyot və 20 qumbara aparan Əsədovun radikal vəhhabi olduğu aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti