...

2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1,3 mlrd. dollar təşkil edəcək

Siyasət Materials 30 Oktyabr 2007 14:13 (UTC +04:00)
2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1,3 mlrd. dollar təşkil edəcək

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ 2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1,3mlrd. dollar təşkil edəcək. Bu barədə bu gün Azərbayca Respublikasının prezidenti İlham Əliyev Dövlət Xüsusi Mühafizə Xidmətinin tədris-təlim mərkəzinin açılış mərasimi zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda güclü hərbi-sənaye kompleksi yaradılmalı, hərbi işçilərin sosial problemləri həll olunmalı, ordu kompleks şəkildə formalaşdırılmalıdır. Prezident həmçinin bildirib ki, Azərbaycanda ordunun formalaşdırılması uğurla davam etdirilir və ölkə hər an müharibəyə hazır olmalıdıdr. Bunun üçün, prezidentin sözlərinə görə, ordunun peşəkarlığı və orduya ayrılan vəsaitlər artırılır.

Prezident Dövlət Xüsusi Mühafizə Xidmətinin işin yüksək qiymətləndirib və bildirib ki, mühafizə xidməti Azərbaycan xalqı qarşısında, xüsusilə Azərbaycanın müstəqiliyinin qorunub saxlanmasında xüsusi xidmətlərə malikdir. Prezident İlham Əliyev həmçinin bildirib ki, Dövlət Xüsusi Mühafizə Xidmətinin inkişafı üçün tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti