...

Vaşinqtonda GUAM – ABŞ əməkdaşlıq məsələləri müzakirə olunur

Siyasət Materials 30 Oktyabr 2007 18:12 (UTC +04:00)
Vaşinqtonda GUAM – ABŞ əməkdaşlıq məsələləri müzakirə olunur

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ GUAM-ABŞ əməkdaşlıq məsələləri çərşənbə axşamı Vaşinqtonda müzakirə ounur. Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim bildirib ki, danışıqlar GUAM Milli Koordinatorlar Şurası və ABŞ administrasiyası səviyyəsində keçirilir.

Görüşdə GUAM-ABŞ əməkdaşlıq perspektivləri, GUAM-ABŞ Çərçivə Proqramının həyata keçirilməsi, ABŞ tərəfindən GUAM-a əlavə texniki yardımım göstərilməsi, həmçinin, GUAM regionunda uzadılan münaqişələrin həlli məsələləri də müzakirə olunacaq.

Vaşinqtonda keçirlən ABŞ - GUAM MKŞ formatında keçirilən görüş çərçivəsində"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM: prioritetlər və perspektivlər" mövzusunda konfransın keçirilməsi də planlaşdırılır. Konfransın təşkilatçısı qismində ABŞ strateji və beynəlxalq tədqiqatlar mərkəzi çıxış edir.

Azərbaycan görüşdə XİN nümayəndəsi səviyyəsində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti