...

Azərbaycan Prezidenti İranın vitse-prezidentini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının sədri Höccətülislam Əli Əkbərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla İran arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini deyib, hər iki ölkənin gənclər siyasəti istiqamətində də əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib. Dövlət başçısı əmin olduğunu bildirib ki, İran nümayəndə heyətinin Azərbaycanda keçiriləcək "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" Beynəlxalq konfransda iştirakı tədbirə öz töhfəsini verəcək.

Prezident Əliyev qarşılıqlı səfərlərin ölkələrarası əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. Əkbəri ölkələr arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Azərbaycanda səfərdə olmasından və Bakıda keçiriləcək konfransda iştirak etməsindən məmnunluğunu ifadə edən qonaq, belə yüksək səviyyəli beynəlxalq tədbirlərin reallaşmasına göstərdiyi diqqətə görə, Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb.

Xəbər lenti

Xəbər lenti