...

Azərbaycanın tələbələri Berlin universitetində təhsil alacaq

Siyasət Materials 31 Oktyabr 2007 12:05 (UTC +04:00)

Azərbayca, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Xarici Dillər Universitetinin beş tələbəsi Almaniya Bundsetaqının (parlament) təhsil proqramı çərçivəsində Berlin universitetində təhsil alacaq. Bu barədə çərşənbə günü Azəbaycanda səfərdə olan Almaniya Bundsetaqının deputatı Suzanne Yaffke Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqəlar daimi komissiyasının sədri Səməd Seyidovla keçirdikləri görüşdə məlumat verib. Yaffke bildirib ki, Almaniya Bundestaqının təhsil proqramı qədim tarixə malik olsa da, Azərbaycan ilk dəfədir ki, bu proqramda iştirak edir.

"Almaniyada təhsil alacaq azərbaycanlı tələbələr iki ölkə üçün böyük işlər görə bilərlər" Yaffke bildirib.

Seyidov isə deyib ki, Azərbaycan-Almaniya münasibətləri rəsmi Bakı üçün strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Almaniyanın Azərbaycanın yalnız neft-qaz sektoruna deyil, təhsil sahəsinə də geniş maraq göstərməsi təqdirəlayiqdir.

Xəbər lenti

Xəbər lenti