...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri öz fəaliyyətlərini bərpa edirlər

Siyasət Materials 31 Oktyabr 2007 12:05 (UTC +04:00)
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri öz fəaliyyətlərini bərpa edirlər

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri iki günlük fasilədən sonra çərşənbə günü öz fəaliyyətlərini bərpa edirlər.

Diplomətik nümayəndəlikdən verilən məlumata görə, Böyük Britaniya səfirliyi artıq öz fəaliyətini tam olaraq bərpa edib. Çərşənbə günü səfirlikdən bildiriblər ki, bu gün bütün əməkdaşlar adi iş rejimdə fəaliyyət göstərirlər.

ABŞ və Böyük Britaniya səfirlikləri öz fəaliyyətlərini bazar ertəsi terror aktının baş vermə mümkünlüyünə dair əldə edilən məlumatdan sonra dayandırmışdılar.

"ABŞ səfirliyi tədricən öz işini bərpa edir, günün sonuna qədər biz artıq öz vəzifələrinmizi tam olaraq yerinə yetirməyi davam etdirəcəyik" - deyə səfirliyin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin əməkdaşı Mehti Hüseynquliyev məlumat verib.

Bakıda Landmark bines mərkəzində yerləşən və təhlükəsizlik məqsədi ilə bazar ertəsi fəaliyyətlərini dayandıran BP Azerbaijan-nın iri şöbəsi və Norveçin StatoilHydro şirkəti də öz işlərini bərpa ediblər.

Xəbər lenti

Xəbər lenti