...

"Əzizbəyov" metrosundan 8-ci km qəsəbəsinə gedən körpüdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Siyasət Materials 31 Oktyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı metrosunun "Əzizbəyov" stansiyasından 8-ci km qəsəbəsi istiqamətinə gedən körpüdə, kütləsi beş tondan artıq olan avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu barədə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin yaydığı məlumatda bildirilib.

Bu qadağa körpünün texniki vəziyyətini nəzərə alaraq tətbiq edilir. Əhalidən, sürücülərdən, yolda quraşdırılmış yol nişanlarının tələbinə uyğun hərəkət etmələri tələb olunur.

Xəbər lenti

Xəbər lenti